“Saatlardır avtobus dolu uşaqla Bakı-Qazax yolunun 100 km də tıxacdayıq”.
“News365.az” xəbər verir ki, bu sözləri “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
“Deyirlər qarşıda yolu təmir edirlər. Suyumuz da qurtarıb. Belə getsə, bu gecə buradayıq. Bakı-Qazax yolunun 100 kmdə. Sürücülərdən biri deyir ki, 7 min km yol sürüb gəldim 3 saatdır burda ilişmişəm. O Gürcüstan tərəfə gedir”, – deyə paylaşımda qeyd olunur.