AZ

Hər bir amerikalı 2 min dollar dvidend alacaq - Tramp

ABŞ prezidenti Donald Tramp Amerika hökumətinin vətəndaşlara adambaşına ən azı 2000 dollar "dividend" ödəmək niyyətində olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bunu Truth Social hesabında paylaşıb. Tramp bildirib ki, Vaşinqtonun xarici məhsullara tətbiq etdiyi tariflər ABŞ-a əhəmiyyətli vəsait cəlb etməyə imkan verib: "Biz trilyonlarla dollar toplayırıq və tezliklə 37 trilyon dollarlıq böyük borcumuzu ödəməyə başlayacağıq".

ABŞ prezidenti əlavə edib ki, "hər kəsə adambaşına ən azı 2000 dollar (yüksək gəlirli şəxslər istisna olmaqla) dividend ödəniləcək". O, planın detalları barədə heç bir məlumat verməyib.

Qeyd edək ki, noyabrın 5-də ABŞ Ali Məhkəməsində Trampın tətbiq etdiyi tariflərin qanuniliyinə dair iddia üzrə dinləmələr keçirilib. Bəzi mənbələr məhkəmənin tariflərin mühüm hissəsini ləğv edəcəyinə dair məlumat yayır. Trampın son açıqlaması tariflərin dövlətə böyük gəlirlər gətirdiyi fikrini yaymaqla məhkəmə heyətinin mövqeyinə təsir göstərmək cəhdi kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr