BAKI, 9 noyabr. TELEQRAF
Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 140 m² olan 4 otaqlı mənzilin dəhlizində 1 ədəd idman avadanlığı, divar kağızı 4 m² sahədə və 2 ədəd taxtadan ibarət qapı qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.