İspaniyanın “Barselona” klubu oyundankənar vəziyyət yaratmaqda Avropanın ən effektiv komandasıdır.
İdman.Biz xəbər verir ki, bu barədə statistik məlumatları "Opta" nəşri yayıb.
Məlumata görə, ötən mövsüm Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” rəqibləri hər oyunda orta hesabla 4.76 dəfə ofsayda salmaqla Avropanın TOP-5 liqaları arasında birinci yerə yüksəlib. Cari mövsümdə isə bu göstərici 4.91-ə qədər artıb.
2023/2024 mövsümündə İngiltərə Premyer Liqasında “Aston Villa” bu göstərici üzrə ön plana çıxıb və birinci pillədə qərarlaşıb — 4.39 ofsayd.