AZ

BBC-nin baş direktoru Trampın çıxışı ilə bağlı qalmaqaldan sonra istefa verdi

BAKI, 9 noyabr. TELEQRAF

Böyük Britaniyanın BBC tele-radio korporasiyasının baş direktoru Tim Deyvi ABŞ Prezidenti Donald Trampın çıxışı ilə bağlı yaranan qalmaqaldan sonra istefa qərarı verib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı korporasiyanın özü yayıb.

Məlumata görə, BBC 2021-ci ildə Donald Trampın çıxışını saxta şəkildə montaj edərək, onun Kapitoli binası qarşısındakı iğtişaşları dəstəklədiyi təəssüratını yaradıb.

Tim Deyvi ilə birlikdə xəbərlər şöbəsinin baş direktoru Debora Törnes də istefa verib.

“Bu, tamamilə mənim şəxsi qərarımdır. Mən vəzifədə olduğum müddətdə, o cümlədən son günlərdə mənə göstərilən dəstəyə görə sədrə və idarə heyətinə minnətdaram”, – deyə Tim Deyvi açıqlamasında bildirib.

O qeyd edib ki, rəhbərlikdə dəyişiklik mərhələli şəkildə həyata keçiriləcək və yaxın aylarda səlahiyyətlərin yeni rəhbərə ötürülməsi təmin olunacaq:

“Ümumilikdə BBC yaxşı işləyir, lakin bəzi səhvlərə yol verilib. Baş direktor kimi bu səhvlərə görə tam məsuliyyəti mən daşıyıram”.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr