AZ

“Saatlarla tıxacdayıq, belə getsə, bu gecə buradayıq” Rəsmi açıqlama

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Saatlardır avtobus dolu uşaqla Bakı-Qazax yolunun 100 km də tıxacdayıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

“Deyirlər qarşıda yolu təmir edirlər. Suyumuz da qurtarıb. Belə getsə, bu gecə buradayıq. Bakı-Qazax yolunun 100 km-də. Sürücülərdən biri deyir ki, 7 min km yol sürüb gəldim 3 saatdır burda ilişmişəm. O Gürcüstan tərəfə gedir”, – deyə paylaşımda qeyd olunur.

****

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rəsmi açıqlama yayıb.

Bildirilib ki, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, təmir işləri icra olunur.

“Bununla əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
qafqazinfo.az

1Mənbələr