ain.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp tariflərdən əldə edilən gəlir hesabına vətəndaşlara (zənginlər istisna olmaqla) 2 min dollar ödəniş ediləcəyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” şəbəkəsində yazıb.
“Tariflərə qarşı çıxanlar axmaqdırlar. Biz hazırda sıfıra yaxın inflyasiya və rekord fond bazarı qiymətləri ilə dünyanın ən varlı və ən hörmətli ölkəsiyik. ABŞ üzrə rekord investisiyalar, fabriklər və zavodlar artır", - deyə o bildirib.
Tramp həmçinin vurğulayıb ki, idxala tariflərin tətbiqi 37 trilyon dollara çatan milli borcun ödənilməsinə kömək edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.