ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəki, 9 noyabr, AZƏRTAC
Şəkidə baş verən qəzada 6 nəfər xəsarət alıb.
Bu barədə AZƏRTAC -ın bölgə müxbirinə Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunur ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müayinəsi və müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.
20:51
Axşam saatlarında Şəki–Qax avtomobil yolunun Şəkinin İncə kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.
AZƏRTAC xəbər verir ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb olunub.
Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları və müvafiq qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.