AZ

Bakı Qazax yolunda minlərlə insan gözləyir Rəsmi açıqlama/VİDEO

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Bakı–Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində nəqliyyat sıxlığı müşahidə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə ərazidəki sürücü və sərnişinlər məlumat yayıblar.

Avtomobil yolunda hərəkət demək olar ki, dayanıb. Sürücülər uzun tıxacla üzləşiblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) saytımıza bildirilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində təmir gedir:

“Təmirlə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur”, – məlumatda deyilir.

Qeyd edək ki, tıxacda qalan şəxslər bu haqda sosial şəbəkə hesablarında paylaşım ediblər. “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu özünün sosial şəbəkə hesabında video paylaşaraq bildirib ki, tıxacın ucu-bucağı görünmür.

Naşirin sözlərinə görə, hər kəs ümidsiz vəziyyətdə saatlardır gözləyir. O, deyib ki, yolun hər iki istiqamətində hərəkət dayanıb.

View this post on Instagram

A post shared by Shahbaz Xuduoglu (@shahbaz_xuduoglu)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
9
globalinfo.az

10Mənbələr