AZ

Bu əti Avropaya 40 manata satırıq, özümüz isə yemirik Səbəb

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan 3 ölkəyə – İtaliya, Fransa və İspaniyaya ümumilikdə 18,8 ton göyərçin əti ixrac edilib. İtaliyaya 13,8 ton, Fransaya 4,8 ton, İspaniyaya isə 170 kiloqram göyərçin əti satılıb. İtaliyaya ixrac olunan göyərçin ətinin bir kiloqramının orta gömrük dəyəri 35,5 manat, Fransaya 44,3 manat, İspaniyaya isə 45,3 manat olub.

Bakupost.az xəbər verir ki, ötən ilin eyni dövründə Azərbaycandan bu ölkələrə ümumilikdə 10,6 ton göyərçin əti satılıb.

Maraqlıdır ki, Azərbaycanda bu ətdən istifadə olunmur.

Göyərçin əti qədimdən delikates hesab olunub, daha çox şah, kralların süfrəsində olub. Lakin sonradan evlərdə, şəhərlərdə insanların saxladığı və sülh quşu rəmzi hesab edildiyi üçün onu kəsib bişirmək qadağan olunub.

Amma qidada və kulinariyada daha çox çöl göyərçini ovlanıb istifadə olunur.

Göyərçin əti qidaya uyğundur, toyuq və bildirçin ətinin dadını verir. Çox zərif, qənri bir qədər tünd və göyümtül. Çəkisi 800 qramı keçmir.

Bişirmək üçün 1-2 aylıq quşlar uyğundur, çox uçan göyərçinlərin əzələ kütləsi bərkiyir.

Ətin tərkibinə xolin, A, B, C, PP vitaminləri, kaliy, maqniy, sink, selen, marqans, kobalt, dəmir, fosfor daxildir.

Bu ətin zülalı insan orqanizmi tərəfindən tam və rahat mənimsənilir.

Qədimdə ağır xəstələr, yataq xəstələri və həyat enerjisini itirən xəstələrinə göyərçin bulyonu bişirib verərdilər.

Göyərçin əti immunitet üçün faydalıdır, kalorisi az olduğu üçün piylənməyə səbəb olmur, ürək və damarları təmiz saxlayır.

Uşaq və yaşlıların qida rasionu üçün uyğundur.

Göyərçin ətini kabab etmək, qızartmaq, tərəvəzlərlə bişirmək olar.

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
www.bakupost.az

1Mənbələr