AZ

Tramp: Amerikalılara azı 2 min dollar dividend ödəniləcək

ABŞ Prezidenti Donald Tramp hakimiyyətin vətəndaşlara adambaşına azı 2000 dollar məbləğində dividend ödəməyi planlaşdırdığını bildirib. Ajans.az xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. O vurğulayıb ki, Vaşinqtonun digər ölkələrin məhsullarına tətbiq etdiyi tariflər ABŞ iqtisadiyyatına əhəmiyyətli maliyyə vəsaitləri cəlb etməyə imkan verib. "Biz trilyonlarla dollar əldə edirik və tezliklə 37 trilyon dollarlıq böyük borcumuzu ödəməyə başlayacağıq", – deyə Tramp qeyd edib.

"Adambaşına azı 2 min dollar məbləğində dividend (yüksək gəlirli şəxslər istisna olmaqla) ödəniləcək", – deyə o əlavə edib. Tramp bu planla bağlı əlavə təfərrüatları açıqlamayıb.

Seçilən
15
3
Ajans.az

4Mənbələr