AZ

Siyarto: Rusiya ABŞ sammiti Ukrayna üzrə razılaşma əldə olunacağı təqdirdə keçiriləcək

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya və ABŞ arasında sammit Budapeştdə yalnız Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşma əldə olunacağı təqdirdə baş tutacaq.

APA xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Kossuth radiostansiyasına verdiyi müsahibədə səsləndirib.

Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp sülh təşəbbüslərini davam etdirmək niyyətindədir.

“Əgər hər hansı razılaşma əldə olunarsa və bu, artıq üç il yarımdır qonşuluğumuzda davam edən müharibənin başa çatmasına gətirib çıxararsa, sammit keçiriləcək,” – deyə Siyarto bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
bizimyol.info

5Mənbələr