AZ

Siyarto: Putin-Tramp görüşü yalnız Ukrayna üzrə razılaşma olarsa baş tutacaq

BAKI, 9 noyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Budapeştdə mümkün görüşü yalnız Ukrayna münaqişəsinin dayandırılması yolları barədə razılıq əldə olunacağı təqdirdə baş tuta bilər.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto “Kossuth” radiostansiyasına açıqlamasında bildirib.

Nazir qeyd edib ki, o, Baş nazir Viktor Orbanın Vaşinqtona səfəri zamanı onu müşayiət edib və Ağ Evdə Donald Tramp ilə keçirilən danışıqlarda iştirak edib:

“Sammit yalnız elə bir razılaşma əldə olunarsa keçiriləcək ki, bu da artıq üç il yarımdır qonşuluğumuzda davam edən müharibənin başa çatmasına gətirib çıxarsın”.

O əlavə edib ki, belə bir görüşün hazırlanması prosesi Ukrayna ətrafında vəziyyətin mürəkkəbliyinə görə bir neçə həftə, hətta aylar çəkə bilər.

Bununla belə, Macarıstan tərəfi Budapeştin mümkün danışıqlar üçün platforma olmağa hazır olduğunu bəyan edib.

Xatırladaq ki, Donald Tramp Viktor Orbanla görüşündə Rusiyanın hələlik münaqişəni bitirmək istəmədiyini deyib və bunu sülh prosesinin əsas maneəsi kimi qiymətləndirib.

Seçilən
62
teleqraf.com

1Mənbələr