AZ

Göygöldə piyadanı avtomobil vuraraq öldürüb

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hazırda hadisə nəticəsində ölən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
32
2
apa.az

8Mənbələr