GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Digər Qərb liderlərindən fərqli olaraq mən Donald Trampdan qorxmuram.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Guardian”a müsahibəsində bildirib.
Ukrayna lideri qeyd edib ki, amerikalı siyasətçi ilə münasibət qurmaqda ona respublikanı “çox dəstəkləyən” Britaniya kralı III Çarlz kömək edib.
“Biz Amerikanın düşməni deyilik. Biz dostuq. Bəs nədən qorxmalıyıq?” – Zelenski bildirib.
O əlavə edib ki, Tramp da özü kimi ölkəsinin xalqı tərəfindən seçilib. Bu seçimə hörmət edilməlidir. Ukrayna Prezidenti ABŞ-ı Rusiyadan fərqli olaraq, respublikanın ümumi dəyərləri bölüşdüyü uzun illərdir strateji tərəfdaşı adlandırıb.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.