Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Portuqaliyanın "Benfika" klubunda çıxış edən norveçli futbolçu Andreas Şelderup yetkinlik yaşına çatmayanların görüntülərinin yer aldığı pornoqrafik materialların yayılmasında iştirakını etiraf edib və yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq.
Ölkə.az xəbər verir ki, futbolçu bu barədə "Instagram" səhifəsində məlumat paylaşıb.
Hadisə onun 19 yaşı olanda, Danimarkanın "Norşellann" klubunda çıxış etdiyi dövrdə baş verib. Şelderupun sözlərinə görə, o, videonun məzmununu tam bilmədən, yalnız ilk saniyələrini izləyərək həmin görüntünü dostuna göndərib.
Daha sonra söhbət etdiyi şəxs görüntülərin qanunsuz məzmun daşıdığını bildirəndə futbolçu videonu dərhal silib.
Futbolçunun böyük ehtimalla şərti cəza alacağı bildirilir.(oxu.az)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.