Rizədə (Türkiyə) evdə keçirilən ehsan mərasimindən sonra 94 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara yerləşdirilib.
Qonaqlara verilən yeməklərdən sonra bir çox insan ürəkbulanma və qusma hiss edib.
Təcili yardım şöbələrinə müraciət edən 94 nəfərə tibbi yardım göstərilib, bəziləri evə buraxılıb, digərləri isə müalicəsini davam etdirirlər.
Qida təhlükəsizliyi üzrə araşdırmalar başlayıb. İlkin qiymətləndirmələrə görə, qida zəhərlənməsinin toyuq yeməyindən qaynaqlandığı güman edilir.