Bu mövsüm xüsusilə məşqçi dəyişikliyindən sonra ''Fənərbaxça''da oyunu ilə diqqət çəkən isimlərdən biri İsmayıl Yüksəkdi.
Bu futbolçunun mərkəzdə inamlı futbol sərgiləməsi vəkomandanın mühərrikinə çevrilməsi transfer söz-söhbətlərinin yenidən baş qaldırmasına səbəb olub.
Belə ki, Türkiyə mətbuatının yazdığına görə Avropanın iddialı klubları İsmayılı diqqətlə təqib edir. Onlardan bəzilərini qış transfer dönəmində ''Fənər''ə rəsmi təklif irəli sürəcəyi də istisna edilmir. Söhbət ilk növbədə ''Marsel'', ''Atletiko'', ''Dortmund ''Borussiya''sı və ''Brayton''dan gedir. ''Brayton'' keçən ilin yayında ''Fənər''dən Fərdi Kadıoğlunu da transfer etmişdi.
Ancaq iddialara görə baş məşqçi Domeniko Tedesko birmənalı şəkildə İsmayılın satılmasının əleyhinədi. O bununla bağlı fikrini rəhbərliyə də bildirib. Ona görə də qışda astronomik bir təklif gəlməsə, bu futbolçu İstanbul nəhəngində qalacaq. ''Fənər'' 26 yaşlı dayaq yarımmüdafiəçisini 2020-ci ildə cəmi 65 min avroya aşağı liqa təmsilçisi ''Gölcükspor''dan heyətinə qatıb. İsmayıl ilk illərdə ''Balıkəsirspor'', ''Adana Dəmirspor'' və ''Bursaspor''da icarə əsasında oynadıqdan sonra ''Fənər''in əsas komandasında şans qazanmağa başladı. Transfer dəyəri 11 milyon avro civarında olan və Türkiyə yığmasına da daimi dəvət alan Yüksək bu mövsüm 15 rəsmi oyunda 1031 dəqiqə forma geyərək aktivinə 1 qol, 1 məhsuldar ötürmə yazıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta