GÖYGÖL, 9 noyabr. TELEQRAF
Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yolu keçən 1995-ci il təvəllüdlü Xatirə Məmmədovanı avtomobil vurub. O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.