AZ

HƏMAS Qəzzada İsrail nəzarətində olan zonadan döyüşçülərini çıxarmağa razıdır

BAKI, 10 noyabr. TELEQRAF

Fələstin HƏMAS hərəkatı Qəzza zolağında İsrail ordusunun nəzarətində olan ərazilərdən öz döyüşçülərini çıxarmağa hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə HƏMAS nümayəndəsi İsmayıl Radvan “Al Jazeera” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, hərəkat vasitəçilərə bu barədə rəsmi məlumat verib:

“Biz vasitəçilərə İsrail ordusunun saxlama zonası adlandırılan ‘sarı xətt’ bölgəsindən döyüşçülərimizi çıxarmağa hazır olduğumuzu bildirdik”.

Qeyd edək ki, sözügedən “sarı xətt” hazırda tərəflər arasında əldə olunmuş atəşkəs razılaşmasının tətbiq edildiyi bölgələri göstərir.

Seçilən
12
2
teleqraf.com

3Mənbələr