AZ

Demokratlar “şatdaun”un başa çatması üçün qanun layihələri paketini dəstəkləməyə hazırdır

ABŞ Senatındakı Demokratlar hökumətin fəaliyyətinin qismən dayandırılmasına (“şatdaun”) son qoymaq məqsədilə hazırlanan qanun layihələri paketini qəbul etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ən azı on demokrat senator xərclər və qısamüddətli maliyyələşdirmə ilə bağlı qanun layihələrinin yanvarın sonunadək irəli aparılmasını nəzərdə tutan prosedur təklifini dəstəkləyəcək.

Nəşr qeyd edir ki, bu, son bir ayda hökumətin fəaliyyətinin bərpası istiqamətində aparılan danışıqlarda ən mühüm irəliləyiş hesab olunur.

Seçilən
20
1
apa.az

2Mənbələr