AZ

Tenerifedə güclü dalğalar səbəbindən 15 nəfər xəsarət alıb

Güclü dalğalar İspaniyanın Tenerife adasının sahilini vurub.

Bu barədə "El Periodico" nəşri məlumat yayıb.

Bildirilib ki, güclü dalğalar Puerto-de-la-Krus və Santa-Krus-de-Tenerife şəhərlərinin sahilində müşahidə olunub.

Hadisə nəticəsində 79 yaşlı Niderland vətəndaşı, La-Orotava bələdiyyəsinin 43 yaşlı sakini və adı açıqlanmayan daha bir kişi həyatını itirib. Bundan əlavə, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Nəşrin məlumatına görə, bu hadisələr insanların ehtiyatsızlığı səbəbindən baş verib.

"Cebheinfo.az" 

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr