Ekvadorun Maçala şəhərindəki həbsxanada baş verən iğtişaşda ən azı beş məhbus ölüb, 33 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ecuavisa" televiziya kanalı məlumat yayıb.
Hakimiyyət orqanları bildirirlər ki, iğtişaş bəzi məhbusların yeni həbsxanaya köçürülməsi səbəbindən başlayıb.
Hadisə yerinə polis gəlib və cəzaçəkmə müəssisəsindəki vəziyyəti nəzarət altına alıb.
Xatırladaq ki, sentyabr ayında eyni həbsxanada iki dəstənin üzvləri arasında baş verən toqquşmalarda 14 nəfər həlak olub.