Bakı. Trend:
Böyük Britaniyanın BBC yayım korporasiyasının baş direktoru TimDeyvi ABŞ Prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması iləbağlı yaranan qalmaqaldan sonra istefa verib.
Trend xəbər verir ki, bubarədə məlumatı korporasiyanın özü yayıb.
BBC-nin açıqlamasında bildirilib ki, qurumun xəbər bölməsininrəhbəri Debora Terness də vəzifəsini tərk edib.
Xatırladaq ki, bundan əvvəl Ağ Evin mətbuat katibi KerolaynLevitt BBC-nin Trampın 2021-ci ilin yanvarında Kapitoliyə hücumdanəvvəlki çıxışını təhrif etdiyini bəyan etmişdi. Onun sözlərinəgörə, korporasiya ABŞ prezidentinin çıxışını bilərəkdəndəyişdirərək, sanki Trampın Kapitolidə baş verən iğtişaşlarıdəstəklədiyi təəssüratını yaradıb.