Kriminalistika mütəxəssisləri 2014-cü ilin avqust ayında qaçırılan və 9 noyabrda Qəzza zolağından İsrailə qaytarılan İsrail əsgərinin qalıqlarının şəxsiyyətinin müəyyənləşdirilməsini başa çatdırıblar.
Musavat.com xəbər verir ki, məlumatı İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb: "Şəxsiyyətin müəyyənləşdirilməsi prosesi başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələrinin nümayəndələri mərhum girov baş leytenant Hadar Qoldinin ailəsinə onun cəsədinin İsrailə qaytarıldığını bildiriblər. Qoldin 2014-cü ildə "Dağılmaz qaya" əməliyyatı zamanı Qəzzada döyüşdə həlak olub. Onun cəsədi HƏMAS tərəfindən qaçırılıb".
Bu gün ofis bildirib ki, Qəzza zolağındakı İsrail qüvvələri girovun qalıqlarının olduğu tabutu alıblar. Proses Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib, daha sonra cəsəd İsrailə aparılıb və şəxsiyyətin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.
Musavat.com