İran prezidenti Məsud Pezeşkian ölkənin Milli Futbol Mərkəzinə baş çəkib.
"Unikal" IRNA-ya istinadən xəbər verir ki, o, milli komandanın futbolçuları və texniki heyəti, habelə Futbol Federasiyasının bir sıra rəsmiləri ilə görüşüb.
Pezeşkian həmçinin bir neçə dəqiqə futbol oynayıb.
Bu görüşdə prezidentə futbol üzrə yəğmanın 2026-cı il dünya çempionatına hazırlığı barədə məlumat verilib.