AZ

Slovakiyada iki qatar toqquşub, onlarla yaralı var

Slovakiyanın paytaxtı Bratislava yaxınlığında iki qatarın toqquşması nəticəsində 30 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə TASR agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Bratislava ilə Pezinok şəhərləri arasında baş verib.

“Hadisə yerində xilasedici xidmətlər işləyir, bir neçə nəfərin xəsarət aldığı bildirilir,” – deyə məlumatda qeyd olunur.

Qəza səbəbindən qatarların hərəkətində ciddi gecikmələrin olacağı gözlənilir. Hadisənin səbəbləri hələlik müəyyənləşdirilməyib.

Seçilən
21
apa.az

1Mənbələr