Vətən müharibəsində qazanılan şanlı Zəfərin beşinci ildönümü işğaldan azad edilmiş Ağdam rayonunun Kəngərli kəndində böyük ruh yüksəkliyi ilə qeyd edilib. Kənd sakinləri illər sonra doğma yurdlarında bu tarixi günü yaşamağın sevincini "Baku TV" ilə bölüşüblər.
Kəngərlidə yaşayan sakinlərdən olan Həsən Balakişiyev hisslərini bu cür ifadə edib:
"Bu Zəfər uzun illər bizim yaddaşımızdan çıxmayacaq. Şəhidlərimizə o qədər dua edirik, rəhmət oxuyuruq. Ordumuz düşmənə elə bir dağ çəkdi ki, yüz il də keçsə, erməni bunu unutmayacaq".
Rahilə Qarayeva isə Zəfərin qəhrəmanlarını xatırladaraq vurğulayıb:
"Bu günü bizə bəxş edən, Şuşa qayalarını dırmanaraq ora girən məğrur və qəhrəman oğullarımız var. Yolla gedəndə, torpağa baxanda hər zaman deyirəm ki, hər bir qarışında şəhid qanı var. Buna görə də bu torpaq bizim üçün çox əzizdir".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: