AZ

Çin ABŞ-yə strateji sənaye materiallarının ixracına qoyulan qadağanı dayandırdı

BAKI, 10 noyabr. TELEQRAF

Çin ABŞ-yə yönəlik bir sıra “ikili təyinatlı” materialların ixracına qoyulan məhdudiyyətləri müvəqqəti olaraq dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Çinin Ticarət Nazirliyi qalium, germanium, surma və yüksək bərk materialların ixrac qadağasının 27 noyabr 2026-cı ilədək dayandırıldığını bildirib. Həmçinin ABŞ-yə göndərilən ikili təyinatlı qrafit üzrə son istifadəçi nəzarəti də yumşaldılıb.

Qadağa 2024-cü ilin sonundan tətbiq edilirdi. Çin ötən həftə nadir torpaq elementləri və litium batareyalarının istehsalında istifadə olunan bəzi materiallar üzrə nəzarəti də zəiflətdiyini açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp gömrük rüsumları və ticarət məhdudiyyətlərinin bir illik müddətə azaldılması barədə razılaşmışdı.

Seçilən
55
teleqraf.com

1Mənbələr