AZ

Bolqarıstan hökuməti Lukoyl-un emal zavodunu satmaq istəmir

Rusiyanın Lukoyl şirkətinin Bolqarıstanda aktivlərinin qiymətləndirilməsi üçün ən azı 12 ay vaxtı lazımdır.

Musavat.com xəbər verir ki, bunu Bolqarıstanın iqtisadiyyat naziri Petar Dilov BTV-yə verdiyi müsahibədə deyib: "Hazırda satış planlaşdırılmır. Bu kimi bir sövdələşmə uzun müddət tələb edir; təkcə aktivlərin qiymətləndirilməsi təxminən 12 ay çəkəcək. Hazırkı məqsədimiz ölkənin yanacaq bazarının təxminən 80 faizini təmin edən zavodun davamlı fəaliyyətini təmin etməkdir. Müəssisə fəaliyyətini davam etdirməlidir. Gələcəkdə sanksiyaların təsirindən qaçınmaq üçün mülkiyyətçi dəyişikliyini nəzərdən keçirməliyik, lakin bu, bizim məqsədimiz deyil. Mümkün satış Lukoyl-un razılığı ilə həyata keçirilə bilər və şirkət müvafiq vəsaiti ala bilər".

Dilov Lukoyl aktivlərinin, əsasən Lukoil Neftokhim Burqas neft emalı zavodunun Bolqarıstan Enerji Holdinqi tərəfindən alınması ideyasını alqışlayıb: "Mən bu variantı bəyənirəm; büdcəyə əlavə gəlir gətirəcək, amma bu məsələ hazırda gündəmdə deyil. Müəssisənin əməliyyatlarının sabitliyini təmin etmək bizim üçün vacibdir".

Dilovun dediyinə görə, Lukoyl-un Bolqarıstandakı xüsusi ticarət meneceri vəzifəsinə namizəd hələ müəyyən edilməyib: “Bu namizəd hökumət tərəfindən təsdiqlənməlidir; bu şəxs şirkətin satışından əldə edilən gəlirin birbaşa Rusiyaya göndərilməyəcəyinə (sanksiyalar qaldırıldıqdan sonra istifadəsinin bərpa ediləcəyi xüsusi hesaba göndəriləcəyinə) zəmanət verməlidir”.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr