AZ

Koçaryan Paşinyanı ittiham etdi: “Bu sənəd məğlubiyyəti rəsmiləşdirirdi!” - VİDEO

Ermənistanın ikinci prezidenti Robert Koçaryan “5-ci kanal”a müsahibəsində 2020-ci il 9 noyabr və 2025-ci il 8 avqust tarixlərində imzalanmış sənədlər barədə danışıb.

Musavat.com xəbər verir ki, Koçaryanın sözlərinə görə, 2020-ci ildə müxalifət nümayəndələrinin heç biri baş nazir Nikol Paşinyandan 9 noyabr sənədini ləğv etməyi tələb etmirdi, çünki hamı anlayırdı – bu sənəd müharibədə məğlubiyyətin rəsmiləşdirilməsini ifadə edirdi.

Eyni zamanda, Koçaryan bildirib ki, həmin sənəd separatçı “Artsax” rejimini qorumaq üçün son imkan idi:

“O zaman bu sənədə bütün güclə sarılmaq, onun tam icrasına nail olmaq lazım idi”, – deyə o vurğulayıb.

Sabiq prezidentin sözlərinə görə, sənədin 9-cu bəndində qeyd olunan “maneəsiz yol” anlayışı Vaşinqtonda imzalanmış analoji sənədlə mahiyyətcə eyni xarakter daşıyır. Onun fikrincə, fərq ondadır ki, 2020-ci ildə “Artsax” adlanan qanunsuz qurum və “Laçın dəhlizi” mövcud idi, həmin bənd də məhz bu “dəhliz”lə müəyyən simmetriyanı qorumaq məqsədi daşıyırdı.

Koçaryan iddia edib ki, Paşinyan 9-cu bəndin icrasından imtina edib, bu isə nəticə etibarilə “Laçın dəhlizi”nin bağlanmasına və separatçı qurumun tam məğlubiyyətinə gətirib çıxarıb.

“İndi isə Vaşinqtonda qəbul olunan oxşar qərarı bizə “epoxal” kimi təqdim edirlər. Nə dəyişib? Nə “Artsax” var, nə də “Laçın dəhlizi”, – deyə Koçaryan əlavə edib.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr