AZ

Demokratlar şatdaunu bitirmək istəyir Axios

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Konqresinin Senatındakı demokratlar qrupu federal hökumətin fəaliyyətinin bərpasına yönəlmiş qanun layihələri paketinə respublikaçılarla birlikdə səs verməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, demokratlar bazar günü Senatda hökumətin fəaliyyətinin dayandırılmasını (şatdaun) sona çatdıra biləcək qanun layihələri paketini dəstəkləməyə hazır olduqlarını bildiriblər. Məqalədə qeyd olunub ki, prosedur səsverməsi zamanı ən azı 10 demokratın sözügedən qanun layihələrini dəstəkləyəcəyi gözlənilir. Daha əvvəl demokratlar respublikaçıların bu istiqamətdəki qanunvericilik təşəbbüslərini dəstəkləməkdən imtina etmişdilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
axar.az

1Mənbələr