AZ

17 ildən sonra - ABŞ bu ölkə ilə diplomatik münasibətləri bərpa edir

ABŞ hakimiyyəti Boliviya ilə diplomatik münasibətləri səfirlər səviyyəsində bərpa etməyə qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau məlumat verib.

“Biz münasibətləri səfirlər səviyyəsinə qədər bərpa edəcəyik. Bu, əslində, onların hər zaman olduğu səviyyədir. Bu addımı çox mühüm hesab edirəm və ümid edirəm ki, yaxın vaxtlarda səfirlərin təyinini həyata keçirəcəyik”, - Landaunun sözlərini ABI agentliyi sitat gətirib.

Məlumata görə, münasibətlərin bərpası 2008-ci ildə əlaqələrin kəsilməsindən sonra iki ölkə arasında diplomatik əməkdaşlıqda mühüm mərhələ olacaq.

После

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr