AZ

İlon Mask: “Gələcəkdə pul yox olacaq, dəyər enerji ilə ölçüləcək” - VİDEO

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask şirkətin səhmdarlarının iclasında gələcək iqtisadi modelə dair maraqlı açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, zaman keçdikcə ənənəvi pul anlayışı öz aktuallığını itirə və dəyər ölçü vahidi kimi enerji əsas götürülə bilər.

Mask bildirib ki, texnoloji inkişaf və sənayenin sürətlə elektrikləşməsi fonunda bəşəriyyət başqa tip iqtisadi dəyər sisteminə keçə bilər:

“Gələcəkdə bəlkə də ümumiyyətlə pul olmayacaq, dəyər vatlarla ölçüləcək. Məsələn, elektrik enerjisi baxımından nə qədər enerji hasil edə biləcəyiniz əsas meyar olacaq”.

Onun fikrincə, gələcək iqtisadi gücün əsas göstəricisi istehsal edilən və idarə olunan enerjinin həcmi olacaq. Bu isə həm dövlətlərin, həm də böyük korporasiyaların iqtisadi statusunu dəyişdirə bilər.

Mütəxəssislər qeyd edirlər ki, qlobal miqyasda bərpa olunan enerji mənbələrinə keçid, elektromobil sənayesinin genişlənməsi və süni intellekt infrastrukturlarının artması enerji əsasında dəyər ölçülməsi ideyasını daha real perspektivə çevirir.

Musavat.com

Seçilən
62
musavat.com

1Mənbələr