“Mançester Siti”nin baş məşqçisi Pep Quardiola cinah oyunçusu Ceremi Doku haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, Quardiola bildirib ki, belçikalı futbolçu tipik qolçu olmasa da, komanda üçün çox vacib xüsusiyyətlərə sahibdir:

“Düzünü desəm, məncə Doku heç vaxt top-top qolçu olmayacaq. Amma o, daim öz üzərində işləyir, məni dinləyir və driblinqləri ilə xüsusi keyfiyyətlərə malikdir.”

İspan mütəxəssis, həmçinin, onun “Liverpul”la oyundakı çıxışını da yüksək qiymətləndirib:

"Konor Bradley ilə yaxşı mübarizə apardı. Topsuz vəziyyətdə aqressiv, sürətli idi və biz də onu dəstəkləməyə çalışdıq. Açığı, o, möhtəşəm oyun keçirdi.”