ABŞ-da Tramp administrasiyası yeni qaydalar tətbiq edir və bu qaydalar müəyyən xəstəlikləri olan əcnəbilər üçün vizanın rədd edilməsini asanlaşdırır.
Musavat.com xəbər verir ki, KFF Health News-un məlumatına görə, Dövlət Departamentinin göstərişi vizaya müraciət edən şəkərli diabet, piylənmə, ürək-damar xəstəlikləri və psixi pozuntuları olan şəxslərin “dövlət üçün potensial yük” kimi qiymətləndirilməsinə imkan verir, əgər onların müalicəsi ciddi maliyyə xərcləri tələb edə bilərsə.
Qaydalar təkcə müraciət edən şəxsin deyil, ailə üzvlərinin sağlamlıq vəziyyətinin də nəzərə alınmasını tələb edir.
Hüquqşünaslar xəbərdarlıq edirlər ki, bu sənəd vizanı verən əməkdaşlara çox geniş səlahiyyət verir və onların gələcək sağlamlıq vəziyyəti ilə bağlı ehtimallara əsasən müraciətləri rədd etməsinə yol açır.
Musavat.com