ABŞ-də keçirilən "Laughlin Desert Classic" səhra yarışında qəribə hadisə baş verib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, yarış zamanı nəqliyyat vasitələrindən birinin ötürücü qutusunda nasazlıq yaranıb və o yalnız geriyə doğru hərəkət edə bilib.
Heyət təslim olmamaq qərarına gəlib və qalan 12 km məsafədə avtomobili geriyə doğru sürərək finiş xəttinə 10-cu çatıb.
Bütövlükdə, yarışda 17 komanda iştirak edib.