AZ

Putinin xüsusi nümayəndəsi BBC rəhbərliyinin istefasını şərh edib

BAKI, 10 noyabr. TELEQRAF

"Növbəti BBC liderləri daha yaxşı olacaqmı?"

Teleqraf xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru və Rusiya prezidenti Vladimir Putinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev X sosial media platformasında BBC rəhbərliyinin istefasını şərh edib.

"BBC hələ də kütləvi miqrasiyanı, müharibənin qızışdırılmasını, elektron şəxsiyyət vəsiqələri və cinayətkarların həbsdən tez azad edilməsini təşviq edən hökumət tərəfindən idarə olunur. Yeni rəhbərlik sadəcə olaraq həqiqətin hədsiz aşkar təhriflərinə qapılmamaq üçün daha çox cəhd edə bilərdi", - RDIF rəhbəri yazıb.

Seçilən
53
teleqraf.com

1Mənbələr