Azərbaycan Karate Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Cahangir Babayev VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi hakim kimi təmsil edəcək.
İdman.Biz xəbər verir ki, o, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək karate yarışlarında ədalət təmsilçisi qismində çıxış edəcək.
Qeyd edək ki, Cahangir Babayev beynəlxalq arenada keçirilən bir çox nüfuzlu turnirlərdə hakimlik edib və beynəlxalq səviyyədə tanınmış referilərdən biridir.