AZ

ABŞ-nin İsveçrə üçün tariflərin azaldılması şərtləri açıqlanıb

BAKI, 10 noyabr. TELEQRAF

ABŞ administrasiyası İsveçrədən öz sanksiya siyasətini Vaşinqtonla əlaqələndirməyi və İsveçrə mallarına rüsumların aşağı salınması müqabilində xarici investisiyalar üzərində nəzarəti gücləndirməyi tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə "Tages-Anzeiger" (TA) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, müvafiq təkliflər İsveçrə biznes nümayəndələri ilə ABŞ Prezidenti Donald Tramp arasında noyabrın 4-də keçirilən görüşdə müzakirə olunub. Vaşinqton israr edir ki, İsveçrə ABŞ-nin sanksiyalarını qəbul etsin və ABŞ-yə strateji müəssisələrin xarici şirkətlər, xüsusən də Çin şirkətləri tərəfindən alınmasının qarşısını almaq imkanı versin.

Nəşrin qeyd etdiyi kimi, İsveçrədəki bütün siyasi qüvvələr bu tələbləri rədd edir.

Qəzet bu yanaşmanı yalnız ticarət balansını düzəltmək üçün deyil, həm də geosiyasi məqsədlərə çatmaq üçün ticarət tariflərindən istifadə edən Trampa xas bir yanaşma kimi xarakterizə edir.

Seçilən
73
teleqraf.com

1Mənbələr