AZ

“Liverpul” baş məşqçisi qərardan narazıdır, Van Deyk isə münasibət bildirmədi - VİDEO

"Liverpul"un baş məşqçisi Arne Slot komandanın müdafiəçisi Vircil van Deykin vurduğu, lakin hakimin qayda pozuntusu səbəbi ilə saymadığı qola münasibət bildirib.

İdman.Biz xəbər verir ki, hollandiyalı mütəxəssis epizodla bağlı qərarın yanlış olduğunu düşünür.

“Hesab edirəm ki, qərarın səhv olduğu açıq-aydındır. Bu, hamının görə biləcəyi qədər aydın epizod idi”, - deyə Slot Sky-a açıqlamasında bildirib.

O, hakimin qərarının oyunun gedişinə ciddi təsir etdiyini vurğulayıb.

Vircil van Deyk özü is həmin epizod barədə suallardan yayınaraq əsas məsələni nəticə olduğunu bildirib:

“Bu barədə danışmağın mənası yoxdur. Reallıq budur ki, biz 3:0 uduzduq və bu böyük zərbədir. Uduzduq. Daha yaxşı olmalıyıq. Mövsüm uzun olacaq və çox ciddi mübarizə bizi gözləyir”.

İdman.Biz

Seçilən
81
1
idman.biz

2Mənbələr