BAKI, 10 noyabr. TELEQRAF
Slovakiyada Bratislava ilə Pezinok şəhəri arasında iki sərnişin qatarı toqquşub.
Teleqraf xəbər verir ki, bu barədə Aktuality.sk məlumat yayıb.
"Bir qatar digərinin arxasına çırpılıb", - məlumatda deyilir.
Qatarlarda təxminən 800 nəfərin olduğu qeyd edilir.
Onlarla sərnişin xəsarət alıb, 11 nəfər isə xəstəxanalara çatdırılıb.