ABŞ-da federal hökumətin qismən bağlanması nəticəsində hava hərəkəti dispetçerlərinin çatışmazlığı yarandığı üçün bir gündə 2 mindən çox uçuş ləğv edilib.
Publika.az xəbər verir ki, noyabrın 9-da 2183 reys təxirə salınıb, 7000-dən çox uçuş isə gecikmə ilə həyata keçirilib.
Noyabrın 8-də isə aviaşirkətlər 1500-dən artıq reysi ləğv etmək məcburiyyətində qalmışdılar.
Xatırladaq ki, oktyabrın 1-də ABŞ federal hökumətinin maliyyə çatışmazlığı səbəbindən qismən bağlanması başlayıb.