Göygöldə avtomobilin vurması nəticəsində həyatını itirən şəxsin kimliyi müəyyənləşib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı–Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan avtomobilin vurduğu piyada 1995-ci il təvəllüdlü X.Məmmədovadır.
O, yolu qarşı tərəfə keçmək istəyib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta