AZ

Vergilər ARTIRILIR Benzin və dizel bahalaşacaq?

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə bəzi dəyişikliklər təklif olunub.

 

Təklif olunan dəyişikliyə əsasən Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qaza görə yol vergisi onların hər litrinə görə 0,02 manatdan 0,07 manata qədər artırılacaq.

Eyni zamanda idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata artırılır.Bu dəyişiklik 2026-cı ilin əvvəlindən qüvvəyə minəcək.Sözügedən dəyişiklik yanacağın qiymətinin bahalaşmasına səbəb olacaq?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirib ki, bu addım avtomobil yanacağının mövcud qiymətlərinə münasibətdə əlavə 4,5 faiz, dizel yanacağına münasibətdə 5 və maye qazın qiymətinə münasibətdə isə 7 faizlik əlavə xərc yükü formalaşdıracaq:

 

“Bazar şərtlərinin artan qiymətlərini nəzərə almaqla böyük ehtimalla Tarif Şurası gələn ilin əvvəlində müvafiq məhsulların qiymətinin artırılması ilə bağlı qərar qəbul edəcək.

Gözləntilərə görə, 2026-cı ildə avtomobil benzininin qiyməti təxminən 9 faiz, dizel yanacağı 10, maye qazın qiyməti isə 7 faiz artacaq”.Bahalaşma mütləqdir.Ekspert bütün hallarda artımın mütləq olduğunu düşünür:“Çünki müvafiq vergi növü üzrə artan xərcin qeyd edilən məhsulların maya dəyərində yerləşdirilməsi imkanı çox məhduddur. Bu isə onu deməyə əsas verir ki, növbəti ildən etibarən avtomobil benzini, dizel yanacağı və maye qazın qiymətlərində bahalaşma olacaq”.İqtisadçı ekspert Fuad İbrahimov isə düşünür ki, sözügedən vergi artımı pərakəndə satış qiymətlərinə təsir etməyəcək:“Sözügedən bahalaşma qiymətin əmələ gəlmə prosesinə, yəni satışın üzərinə gəlmir.Yəni artım topdansatıcının payından çıxır. Bu nöqteyi-nəzərdən qiymətlərin dəyişdirilməsinə ancaq Tarif Şurası qərar verə bilər. Onlar qiymətlərin bahalaşmasını labüd hesab etsə ki, müvafiq qərar veriləcək. Amma bu vergi satış qiymətinə təsir etməyəcək”.Rüfət Sultan, Bizim.Media 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
bizim.media

3Mənbələr