AZ

"Arayik dedi ki, əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək"  

“Müharibənin artıq üçüncü günü başa düşdüm ki, biz qalib gələ bilmərik”.

Modern.az xəbər verir ki, bunu Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan TV5-ə müsahibəsində bildirib.

"Müharibənin ikinci günü Qarabağda idim. Orada gördüklərim məni cəmi bir-iki gün ərzində bu savaşı uduzacağımıza inandırdı. Qarabağda iki həftə keçirdim və hər gün Arkadi Qukasyan və Bako Saakyan vasitəsilə Arayik Harutunyanı müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməyə inandırmağa çalışdım. Uduzduğumuz açıq-aydın görünürdü.

Hətta Arkadi Qukasyan və Bako Saakyana Arayik Harutunyanla görüşməyi təklif etdim, baxmayaraq ki, Arayikə qarşı hisslərim hamıya məlumdur. O, Qarabağda “prezident” kimi görünməli deyildi, amma buna baxmayaraq, özüm getdim, təklif verdim və görülməli olan işlər üçün konkret fəaliyyət planım var idi.

Müdafiənin təşkili və eyni zamanda, əlbəttə ki, müharibəni mümkün qədər tez dayandırmaq üçün hər şeyi etmək baxımından çox konkret təkliflər irəli sürdüm. Arayik isə imtina etdi, mənimlə görüşmək istəmədi və Bako Saakyan vasitəsilə bunları çatdırdı: "Əgər Köçəryanla görüşsəm, Ermənistanın baş naziri məni yeyəcək". Bu, onun dəqiq sözləridir, "məni yeyəcək". Onlar müharibə zamanı Azərbaycandan daha az qorxurdular, nəinki mənimlə görüşüb bu məsələni müzakirə etməkdən, - Köçəryan deyib.

Robert Köçəryan deyib ki, Qarabağda 44 günlük müharibə başlayan ərəfələrdə erməni separatçılarının normal ordu idarəetməsini görmürdü: “Bu, sadəcə mövcud deyildi. Çünki komandanlıq strukturunda əvvəllər xeyli dəyişikliklər edilmişdi və müharibəyə uyğun olmayan insanlar əsas vəzifələrə təyin olunmuşdular.

Kadr siyasəti isə belə idi: o, orduya etibar etmirdi və vacib vəzifələrə özünə sadiq insanların doldurulmasınl istəyirdi. Sadiq general və ya sadiq yüksək rütbəli zabit həmişə müharibədə qalib gəlmək üçün bacarıqlara malik olmur. Genişmiqyaslı kadr dəyişiklikləri olurdu və yeganə əsas sədaqət idi. Ordunun təchizat problemləri ümumiyyətlə zəif idi.

Müharibədən əvvəl hava məkanının bağlanması elan edilmişdi. Amma bu, qətiyyən belə deyildi.

Ən vacib hallardan biri Ermənistanda aparılan biabırçı səfərbərliklər idi. Heç nə etməmək, nəsə  etməkdən daha yaxşı olardı. İnsanlar toplanmışdı və üçüncü gün bu insanlar özlərini cəbhə xəttində tapdılar. Onları batalyonlar kimi mövcud hərbi hissələrə yerləşdirmədilər, yeni bölmələr yaratdılar və üçüncü gün cəbhəyə göndərdilər.

Sən döyüş birliyini təmin etməlisən... ən azı iki-üç həftə. Qohumlarım orduya çağırıldı; məsələn, çox yaxın qohumlarımdan biri müharibənin ikinci və ya üçüncü günündə özünü cəbhə xəttində, heç kimin tanımadığı bir bölükdə tapdı. İnsanları tələsik bir yerə toplaya, məsələn, bir batalyon yarada və ertəsi gün onları müharibəyə göndərə bilməzsən. Bununla sən sadəcə bu insanları ətçəkən maşından keçirirsən. İnsanların bir-birini tanıması, komandirin tabeliyində hansı komandirlərin olduğunu, hansı biliklərə sahib olduqlarını başa düşməsi üçün ən azı iki həftəlik döyüş həmrəyliyi lazımdır", - deyə eks-prezident bildirib.

Robert Köçəryan 44 günlük savaşdaşı məğlubiyyətə görə bir nömrəli günahkarın Nikol Paşinyan olduğunu vurğulayıb.

A.Qorxmaz

Seçilən
57
2
modern.az

3Mənbələr