AZ

“9 noyabr sənədi Qarabağı qorumaq üçün son imkan idi” - Köçəryan

Ermənistanın sabiq prezidenti Robert Köçəryan TV5-ə müsahibəsində 9 noyabr 2020-ci il və 8 avqust 2025-ci il  tarixlərində imzalanmış sənədlər barədə danışıb.

Modern.az-ın məlumatına görə, Köçəryan bildirib ki, həmin vaxt heç bir müxalifət nümayəndəsi baş nazir Nikol Paşinyandan 9 noyabr sənədinin ləğvini tələb etmirdi, çünki hər kəs anlayırdı – bu sənəd müharibədə məğlubiyyətin rəsmiləşməsi idi. Eyni zamanda hamı başa düşürdü ki, bu sənəd Qarabağı qorumaq üçün son imkan sayılır.

Köçəryanın sözlərinə görə, o dövrdə bu sənədə möhkəm sarılmaq və onun tam icrasına nail olmaq lazım idi.

Ek-prezident əlavə edib ki, sənədin 9-cu bəndindəki “maneəsiz yol” anlayışı sonradan Vaşinqtonda imzalanmış analoji sənədlə eyni mahiyyət daşıyır. Fərq ondadır ki, 2020-ci ildə Qarabağ mövcud idi, Laçın dəhlizi fəaliyyət göstərirdi və həmin 9-cu bənd məhz bu dəhlizlə simmetriyanı qorumaq üçün daxil edilmişdi.

Seçilən
9
2
modern.az

3Mənbələr