ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Gəncə şəhərində 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə tutulub.
***
9 noyabr, saat 20:10
Gəncədə bıçaqlanma olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində baş verib. Şəhər sakini - 2009-cu il təvəllüdlü Elgün Əliyev budunun kəsilmiş bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Onun yarası dərhal tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 16 yaşlı oğlan dostu bıçaqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.