AZ

Tailandda miqrantları daşıyan qayıq batdı - Ölənlər var

Tailand sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 7 nəfər ölüb, onlarla insan isə itkin düşüb.

Avtosfer.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Malayziya rəsmiləri hadisənin Tailand sərhədi yaxınlığında baş verdiyini və indiyədək 13 nəfərin xilas edildiyini açıqlayıb.
Malayziyanın “Bernama” dövlət agentliyi bildirib ki, Lanqkavi kurortu yaxınlığında xilas edilənlər arasında üç myanmalı, Rohinca icmasından olan iki kişi və bir banqladeşli var.

Rəsmilərin məlumatına görə, batmış qayıq Myanmadan qanunsuz şəkildə ölkəni tərk edən miqrantları daşıyırmış. Hadisə ilə bağlı axtarış-xilasetmə işləri davam edir.

 

Seçilən
67
1
avtosfer.az

2Mənbələr