AZ

Markus Reşford: “Özümü əla hiss edirəm”

"Barselona"nın hücumçusu Markus Reşford "Selta" ilə oyundan sonra durumunu və çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, Reşford xüsusilə ilk assistini yüksək qiymətləndirib.

“Özümü əla hiss edirəm. Bu gün verdiyim ilk assist, bura gəldiyimdən bəri yəqin ki, ən yaxşı asistim idi”, - deyə Reşford bildirib.

İngiltərəli futbolçu həmçinin komandanın hazırkı oyun fəlsəfəsi və Hans-Diter Flikin tələbələrinə dair fikirlərini açıqlayıb:

“Mən hər şeydən razıyam, burada xoşbəxtəm. Flikin tələb etdiyi oyuna sadiq qalmalıyıq və plana uyğun davam etməliyik”.

İdman.Biz

Seçilən
61
1
idman.biz

2Mənbələr